4 Aprel 2015 14:37
1 570
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda doqquzmərtəbəli binada güclü yanğın baş verib.

Dövlət Yanğından Mühafizə Xidmətindən (DYMX) Teleqraf.com-a verilən məlumata görə, Bakının Cəfər Cabbarlı küçəsində, metronun “Nizami” stansiyasının yaxınlığındakı doqquzmərtəbəli binalardan birində yanğın baş verib.

İlkin məlumata görə, yanğının binanın damında baş verdiyi bildirilir.

Hadisə yerinə bir neçə yanğınsöndürmə və təcili yardım briqadaları cəlb edilib.


Müəllif: