6 Aprel 2015 13:18
736
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 5-nə keçən gecə Xəzər rayonunun Binə qəsəbəsindən qəsəbə sakini Nadir Ağayevə məxsus “VAZ-2107” markalı avtomobil qaçırılıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, avtomobil həmin gün Keşlə qəsəbəsi ərazisində hərəkətdə olarkən DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən aşkar edilib. Görülmüş tədbirlər nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Sənan Şirinov tutulub.

Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: