Bakının Nəsimi rayonunda iki nəfərə qarşı quldurluq edilib.
Bu barədə Teleqraf.com-a Nəsimi Rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, 21-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Səbuhi Əsədov, Cəfər Fərzəliyev və əvvəllər məhkum olunmuş Kənan Hüseynov tutulublar.
Onlar aprelin 3-də Elnarə Müstafayevaya və Elvin Hüseynova qarşı quldurluq etməkdə təqsirli bilinirlər.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov