7 Aprel 2015 01:14
866
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə parkda məktəbli qızlar silahlı hücuma məruz qalıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hücum nəticəsində 17 yaşlı qız E.İ ağır yaralanıb, 16 yaşlı T.G isə qaçaraq xilas ola bilib.

Polisin məlumatına görə, qızlar parkda gəzərkən iki maskalı şəxsin hücumuna məruz qalıb. Ağır yaralanan 17 yaşlı E.İ xəstəxanaya yerləşdirilib. Vahiməyə düşən T.G qaçaraq canını qurtara bilib. Təcavüzkarlar hadisə yerindən qaçıb.

Polis cinayətkarların tutulması üçün əməliyyata başlayıb.

Rüstəm


Müəllif: