7 Aprel 2015 13:57
787
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda Nizami rayonunda oğurluq edən şəxsdən narkotik vasitə götürülüb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, aprelin 6-da paytaxtın Nizami rayonu ərazisində yerləşən bazarda naməlum şəxs Bakı şəhər sakini Təbriz Həşimova məxsus 20 kiloqram bananı açıq talama yolu ilə aparıb.

Nizami rayon Polis İdarəsi 24-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Elbrus Həsənov tutulub. Ondan 1,217 qram tiryək götürülüb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər