Daxili İşlər Nazirliyi Astara rayonunda narkotiklərlə bağlı əməliyyatın keçirilməsi ilə bağlı açıqlama yayıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, əməliyyatı Astara Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilib. Martın 31-də Rayon Polis Şöbəsinin əməkdaşı A.Hüseynova ayaq nahiyəsindən xəsarət yetirdiyinə görə Seymur Əliyev tutulub. Onun Astara şəhərindəki yardımçı təsərrüfatına baxış zamanı 6 kiloqram 49,9 qram heroin, 36,92 qram tiryək, 299,36 qram həşiş, 245,806 qram anfetamin həbi və 1 ədəd qaz tapançası aşkar edilərək götürülüb.
Hacı Zeynalov