7 Aprel 2015 18:06
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu Qaradağ rayonunda baş verən yol qəzası ilə bağlı açıqlama yayıb.

Bakı Şəhər Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, hadisə aprelin 6-da saat 16 radələrində paytaxtın Qaradağ rayonu ərazisində qeydə alınıb.

Məlumata görə, “Daewoo” markalı 10-TG-188 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Cahid Babayevin idarə etməni itirərək yolu kənarında dayanmış Zakir Mirzəyevin idarə etdiyi “Mersedes-Benz” markalı 10-UP-246 dövlət qeydiyyat nişanlı, Polad Nuriyevin idarə etdiyi “Daewoo” markalı 10-TF-967 dövlət qeydiyyat nişanlı avtobusları və Yunis Kazımovun idarə etdiyi “Opel Vectra” markalı 99-FK-907 dövlət qeydiyyat nişanlı avtomobili vurub.

Nəticədə P.Nuriyevin aldığı xəsarətlərdən xəstəxanada ölüb, Z.Mirzəyev, habelə avtobusda olan sərnişinlər xəsarət alıb.

Faktına görə rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.

Aparılan istintaq zamanı qeyd olunan yol nəqliyyat hadisəsinin C.Babayev tərəfindən törədilməsində kifayət qədər əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Hacı Zeynalov


Müəllif: