8 Aprel 2015 13:48
660
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda karton qutunun içərisində 1 həftəlik oğlan uşağı tapılıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, aprelin 7-də Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi “D” yaşayış sahəsi ev 11-in girişində karton qutunun içərisində 1 həftəlik oğlan uşağı tapılıb. Uşaq 1 saylı Ə.Qarayev adına doğum evinə təhvil verilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: