İmişli rayonunda intihar hadisəsi baş verib.
İmişli Rayon Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Əliqulular kəndində qeydə alınıb.
Kənd sakini, 1962-ci il təvəllüdlü Rəşid Zalov özünü yaşadığı evin həyətindən olan ağacdan asaraq ölüb. Onun meyiti ailə üzvləri tərəfindən aşkarlanıb. Mərhumun hansı səbəbdən intihar etməsi barədə dəqiq məlumat olmasa da, onun son vaxtlar külli miqdarda borca düşdüyü, həmin borcları qaytara bilmədiyi deyilir.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov