10 Aprel 2015 12:12
499
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ağır-yol nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Şamaxı rayon sakini, 1980-cı il təvəllüdlü Zaur Həmidovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Zaur Həmidov 11il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən ilin sentyabrın 11-də Bakı-Şamaxı yolunun Şamaxı rayonu ərazisindən keçən hissəsində ağır avtomobil qəzası baş verib. Səməndər Qarayevin idarə etdiyi 10 CS 733 dövlət nömrə nişanlı Qazel mikroavtobusu ilə Zaur Həmidovun sürdüyü 10 FX 456 dövlət nömrə nişanlı VAZ-2106 markalı avtomobil bir-birinə çırpılıb. Nəticədə Qazeldə olan Gülnaz Əli qızı Bayramova və Murad Bəxtiyar oğlu Cixaidzi hadisə yerindəcə keçinib. Digər sərnişinlər isə yaralanıb.

Qəzada ölənlər və yaralılar Şamaxının Mədrəsə kənd sakinləri olub. Onlar qonşu kənd olan Meysəri kəndindən yığıncaqdan gələn zaman qəza baş verib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər