10 Aprel 2015 13:19
907
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda baş verən qətllə bağlı Bakı şəhər Baş Polis idarəsi və şəhər prokurorluğu birgə açıqlama yayıb.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Prokurorluğundan məlumat verilib.


Məlumata görə, arelin 8-də saat 20:50-də paytaxtın Yasamal rayonu ərazisində 135 №-li şərnişin avtobusunda 1962-ci il təvəllüdlü Namik Məmmədov aralarında baş vermiş münaqişə zəminində arvadı, 1966-cı il təvəllüdlü Fatma Şəmiyevanın bədəninin müxtəlif nahiyələrinə üstündə gəzdirdiyi bıçaqla vurub və hadisə yerindən qaçıb. Fatma aldığı xəsarətlərdən xəstəxanada ölməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam ödürmə) maddəsi ilə cinayət işi başlanıb.

N.Məmmədov rayon Polis İdarəsinə könüllü gələrək törətdiyi cinayət əməlini etiraf edib və o, cinayətin törədilməsində şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər