Bakının Suraxanı rayonunda intihar hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Suraxanı Rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Fidayət Sərdarov yaşadığı evin çardağında özünü asaraq ölüb. Onun asılmış meyiti ailə üzvləri tərəfindən aşkar olunub.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov