15 Aprel 2015 14:15
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Bu barədə Teleqraf.com-a Nəsimi Rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayonunun A.Mustafayev küçəsində qeydə alınıb. Müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Bahar Abbasova vurulub. Qəzada xəsarət alan qadın xəstəxanaya yerləşdirilib.

Yol qəzasını törədərək hadisə yerindən qaçan sürücünün müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.

Hacı Zeynalov


Müəllif: