Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Goranboy rayonunda bir ailənin 8 üzvünü qətlə yetirməkdə təqsirləndirilən Rafiq Hüseynovun cinayət işi məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, hakim Zabil Qasımovun sədrliyi ilə keçirilən proesedə Rafiq Hüseynovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Prosesdə onun anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı aprelin 17-nə təyin edilib.
Qeyd edək ki, ötən il oktyabrın 1-də saat 05 radələrində Goranboy rayonunun Səfikürd kəndində Diləzbər Məmmədovanın yaşadığı evə gələn kürəkəni Rafiq Hüseynov ailə-məişət münaqişəsi zəminində ov tüfəngindən və əl qumbarasından istifadə edərək arvadı 1958-ci il təvəllüdlü Diləzbər Alı qızı Məmmədova, 1983-cü il təvəllüdlü Fərqanə Allahyar qızı Məmmədova, 1951-ci il təvəllüdlü Ofelya İsa qızı Məmmədova, 1963-cü il təvəllüdlü Həvayət Xanlar qızı Məmmədova, 1984-cü il təvəllüdlü Südabə Allahyar qızı Hüseynova, 1989-cu il təvəllüdlü Namiq Allahyar oğlu Məmmədov və 2011-ci il təvəllüdlü İsa Elvin oğlu Məmmədov və Günel Məmmədovanı qətlə yetirib.
Xatırladaq ki, mərhum Südabə Rafiq Hüseynovun həyat yoldaşı, digərləri isə onun həyat yoldaşlının ailə üzvləridir.
Hadisədən bir ay sonra, yəni noyabrın 3-də Rafiq Hüseynovun qardaşı, 1984-cü il təvəllüdlü Afiq Hüseynov özünü asaraq öıüb. Afiq Hüseynovun atası Müzəffər Hüseynov isə həmin gün infarkt keçirərək vəfat edib.
Hacı Zeynalov