20 Aprel 2015 12:09
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda oğurluq edən 27 yaşlı oğlan həbs edilib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Bakı şəhər sakini Cavanşır Cəfərova məxsus Kürdəxanı qəsəbəsində yerləşən bağ evinin dəmir darvazası oğurlanıb.

Sabunçu rayon Polis İdarəsinin 15-ci bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluğu etməkdə şübhəli bilinən Bakı şəhər sakini 1988-ci il təvəllüdlü Elşən Qəhrəmanov tutulub.

Faktla əlaqədar araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: