20 Aprel 2015 15:53
615
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda oğurluq hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, oğurluq hadisəsi aprelin 16-da, saat 14 radələrində Binə qəsəbəsində yerləşən Namiq İsayevə məxsus bərbərxanada qeydə alınıb. Bərbərxanadan 70 manat və mobil telefon oğurlanıb.

Xəzər Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyü və 2-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluq hadisəsini törədən Bakı şəhər sakini 1996-cı il təvəllüdlü Fərid Məhəmməd oğlu Nəsirli tutulub.

Hacı Zeynalov


Müəllif: