Kürdəmir rayonunda intihara cəhd hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Kürdəmir Rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, rayon sakini Təranə Əliyeva sirkə turşusundan zəhərlənmə ilə rayon mərkəzi xəstəxanasına gətirilib. Vaxtında qadına tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
İlkin ehtimala görə, Təranə Əliyeva intihar etmək məqsədilə sirkə turşusu içib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov