21 Aprel 2015 12:22
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda yaşlı kişi intihara cəhd edib.

Yasamal Rayon Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, Bakı şəhər sakini, 1937-ci il təvəllüdlü Fərid Babayev damarlarını doğrayaraq intihara cəhd edib.

Fərid Babayev vaxtında xəstəxanaya çatdırıldığı üçün onun həyatını xilas etmək mümkün olub. Onun hansı səbəbdən intihar etdiyi məlum hələ ki məlum deyil. Fərid Babayevin xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: