27 Aprel 2015 17:51
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi Bakıda avtomobil satış mərkəzləri və salonlarında gizli əməliyyat keçirib.

Əməliyyat nəticəsində 10-dan artıq şəxs tutulub. Məlumata görə, əməliyyata səbəb salonlarda keyfiyyətsiz avtomobillərin satılması, müştərilərin aldadılması ilə bağlı çoxsaylı şikayətlərin edilməsi olub.

Şikayətlər əsasən suya düşmüş, istifadəsi təhlükəli olan avtomobillərin və işlənmiş (ikinci əl) avtomobillərin yürüşünün (“probeq”) aşağı salınaraq baha qiymətə satılması ilə bağlı olub.

“Bandotdel” əməkdaşlarının əməliyyatı zamanı Babək prospektində olan bəzi avtomobil satış mərkəzlərində bu fakt təsdiqini tapıb. Məlum olub ki, avtosalonlar dələduzluq yolu ilə insanlardan xeyli pul mənimsəyir, onlara maddi ziyan vururlar.

Elə buna görə də, “Nurgün Motors”un bəzi salonlarının, eləcə də “Avto Line”, “Avto Qalareya”, “Avto Murad” və digər salonların rəhbərləri, eləcə də bəzi əməkdaşları saxlanılaraq “Bandotdel”ə aparılıb.

"Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin Bakıda avtomobil satış mərkəzləri və salonlarında gizli əməliyyat keçirməsi və "Nurgün Motors" şirkətinin bəzi salonlarının rəhbərlərinin saxlanması barədə mətbuatda yayılan məlumatlar yanlışdır".

Bunu virtualaz.org saytına açıqlamasında DİN mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bu gün mətbuatda yayılan məlumatları şərh edərkən deyib.

O.Mansurzadənin sözlərinə görə, adıçəkilən idarə belə bir əməliyyat keçirməyib.


Müəllif:

Oxşar xəbərlər