Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xarici vətəndaşı qətlə yetirməkdə təqsirli bilinən Eldar Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Eldar Hüseynov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Eldar Hüseynov ötən ilin mayın 26-da Binəqədi rayonu Novxanı bağlar sahəsindəki evlərdən birinin həyətində Rusiya Federasiyasının vətəndaşı Xaron Şahiyevi bıçaqla qətlə yetirib cəsədini torpağa basdırıb. Xaron Şahiyevin meyiti eksqumasiya edilib.
Qeyd edək ki, Xaron Şahiyev çeçen olub.
Hacı Zeynalov