Bakının Binəqədi rayonunda intihar hadisəsi baş verib.
Binəqədi Rayon Prokurorluundan Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun 2-ci Mədən, korpus 119 ünvanında qeydə alınıb.
Məlumata görə, Sabirabad rayon sakini, 1985-ci il təvəllüdlü Rövşən Həsənov özünü asaraq ölüb. Rövşən Həsənovun hansı səbəbdən intihar etdiyi məlum deyil.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov