Şəki rayonun Orta Zəyzid kəndində intihara cəhd hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, kənd sakini, 1994-cü il təvəllüdlü Tərlan Yusifzadə damarlarını doğrayaraq intihara cəhd edib.
Tərlan Yusifzadə xəsarətlə xəstəxanaya gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. 21 yaşlı oğlanın hansı səbəbdən intihar etdiyi məlum deyil.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.
Hacı Zeynalov