6 May 2015 16:10
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsriləndirilən Müsavat partiyası başqanının müavini Fərəc Kərimlinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Teleqraf.com xəbər verir ki, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Fərəc Kərimli 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bundan əvvəl keçirilən prosesdə çıxış edən prokuror Fərəc Kərimlinin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Fərəc Kərimli narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər