Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Sevda Qəmbərovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, məhkəmənin hökmü ilə sevda Qəmbərova 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Sevda Qəmbərova Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsinə əsasən ittiham edilib. Sevda Qənbərova sonuncu dəfə törətdiyi oğurluq cinayətinə görə 5 il müddətinə azadlıqdan məhrum edilib. Cəzasının çəkilməmiş hissəsindən (7 ay 9 gün) Xətai Rayon Məhkəməsinin 5 iyun, 2014-cü il tarixli qərarına əsasən vaxtından əvvəl şərti olaraq azad edilib. Cəmisi 4 ay azadlıqda olan Sevda Qənbərova yenidən cibgirliyə əl atıb. O, 19 noyabr, 2014-cü ildə günorta saatlarında “8-ci km bazarı”nda Səbirə Dəmirovanın çantasından içərisində cəmisi 41 manat olan pul qabını oğurlayıb.
Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinin əməkdaşları tərəfindən hadisə yerində yaxalanan Sevda Qənbərova cinayət əməlini başa çatdıra bilməyib.
Hacı Zeynalov