8 May 2015 16:32
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Nahid, Əziz və Cahid Qədəşov qardaşlarının məhkəmə prosesi davam etdirilib.

Teleqraf.com xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, təqsirləndirilən şəxslərdən Nahid və Əzizin hər birinin 20 il, Cahid Qədəşovun isə 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses mayın 14-də davam etdiriləcək.

Ötən ilin avqustun 25-də Xəzər rayon Şağan qəsəbəsi, Əzizbəyov küçəsi, ev 88-də 1965-ci il təvəllüdlü Ülkər Abdullayevı, 1962-ci ildə doğulan Tərlan Abdullayev, onun övladı 1987-ci il təvəllüdlü Rəhman Abdullayev bıçaqlanıb. Onlar ağır vəziyyətdə Sabunçu xəstəxanasına yerləşdiriliblər. Bıçaqlanan şəxslər dərhal cərrahi əməliyyata alınıb. Həkimlərin səyinə baxmayaraq Ülkər Abdullayev dünyasını dəyişib.

İstintaq araşdırması zamanı cinayətin Nadir, Əziz və Cahid Qədəşovlar tərəfindən törədilməsi müəyyən edilib. Onlar Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. İttihama görə, hadisədən bir gün əvvəl Ülkər Abdullayevanın oğlu Rəhman toydan evə gec saatlarda, səhərə yaxın qayıdıb. Buna görə həyat yoldaşı ona irad tutub. Bunun əsasında münaqişə başlayıb. Bu münaqişəyə nəinki oğlanın valideynləri, hətta qızın valideynləri belə qarışıb. Onlar isə özlərini çox gözlətmədən qudalarının evində peyda olublar. Qarşılıqlı ittiham və təhqirlər davam edib, qohumlar münasibəti aydınlaşdırmadan ayrılıblar.

Səhərisi gün Abdullayevlərin evinə gəlinin qardaşları, atası və digər qohumlar gəlib. Qalmaqal davam edir. Münaqişə isə Nadir Qədişovun bıçaqla bacısının qaynanasını öldürməsi, qaynını yaralanması ilə nəticələnib. Hətta hadisə vaxtı Cahid Qədişov da yaralanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər