Bakı Ağır Cinayətlər məhkəməsində oğurluq etməkdə təqsirli bilinən 1989-cu il təvəllüdlü Nicat Zülfiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Nicat Zülfiyev ötən ilin iyul ayında Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində tikilməkdə olan fərdi yaşayış evindən oğurluq edib. Nicat Zülfiyev qəsəbə sakini Əyyub Əliyevə məxsus həyətyanı sahədən dəmir dayaqları oğurlayıb.
Nicat Zülfiyev istintaqa verdiyi ifadəsində bildirib ki, yolun qırağında 60 ədəd dəmir dayaq var idi, onları götürüb və birini 7 manata satıb.
Bundan başqa Nicat Zülfiyev həmin ilin martın 1-də Ramil Aslanova məxsus mebel fabrikindən içərisində 19600 manat olan seyfi oğurlayıb.
Nicat Zülfiyev Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə ittiham olunub. Nəhkəmənin hökmü ilə Nicat Zülfiyev 7 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov