18 May 2015 16:52
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ali Məhkəmədə pul üstündə həkimi öldürməkdə təqsirli bilinən Yasin Ərəbov, Koroğlu Məmmədov və Türkan Ağayevanın kasasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, ötən ilin mayın 25-də tibb elmləri namizədi, ürək-damar cərrahı, Tibb Universitetinin nəzdində fəaliyyət göstərən müalicə klinikasının kardiologiya şöbəsinin müdiri, 1977-ci il təvəllüdlü Cavid Həmişəyev Nərimanov rayonu, H.Əliyev küçəsi, ev 92, mənzil 8-də öldürülüb. Cavid Həmişəyev kirayə qaldığı evə yüngül həyat tərzi sürən və narkotik vasitə aludəçisi olduğu ehtimal olunan Türkan Ağayeva ilə gəlib.

Daha sonra isə iki nəfər evə gəlib və qətl hadisəsi baş verib. Mərhuma məxsus 90 NU 363 dövlət nömrə nişanlı “Mercedes MLK” markalı avtomobilin də yerində olmadığı müəyyənləşib. Avtomobil daxili işlər və prokurorluq orqanları əməkdaşları tərəfindən “20 yanvar” dairəsində saxlanılıb. Avtomobildə olan şəxslər – Türkan Ağayeva, Yasin Ərəbov və Koroğlu Məmmədov tutulub. Onların cinayəti tamah məqsədilə törətdikləri məlum olub.

Avtomobilə baxış zamanı isə mərhumun şəxsi əşyaları, sənədləri, Koroğlu Məmmədovun cinayəti törədəndə geyindiyi paltarlar, ümumilikdə 670 manat pul götürülüb. Qətldə istifadə olunan iki ədəd bıçaq isə Buzovna qəsəbəsindəki zibillik ərazisindən aşkarlanaraq maddi sübut kimi götürülüb.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Koroğlu Məmmədov 15 il, Yasin Ərəbov 15 il, Türkan Ağayeva 14 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti verib. Koroğlu Məmmədov cəzasının yüngülləşdirilməsini istəyib. Digər təqsirləndirilən şəxslər günahsız olduqlarını və barələrində bəraət hökmünün çıxarılmasını istəyib.

Hökmdən Baş Prokurorluq da apelyasiya protesti verib. Prokurorluq Koroğlu Məmmədovun ömürlük azadlıqdan məhrum edilməsini tələb edib. Zərərçəkmiş tərəf də təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılması ilə bağlı şikayət ediblər.

Bakı Apelyasiya Məhkəməsində , hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə tərəflərin şikayətlərinə məhkəmə istintaqı aparılmadan baxılması barədə qərar qəbul edilib.

Qərardan narazı qalan Türkan Ağayeva kasasiya şikayəti verib. Türkan Ağayevanın vəkilinin Ali Məhkəməyə göndərdiyi kasasiya şikayətində apelyasiya şikayətlərin\ə məhkəmə istintaqı ilə baxılmasını istəyib.

Hakim Fərhad Kərimovun sədrliyin ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, kasasiya şikayəti təmin edilməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər