Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada qanunsuz hərbi birləşmələrin tərkibində Bəşər Əsədə qarşı döyüşlərdə iştirak etməkdə təqsirləndirilən dəstə üzvləri – Tural Həsənov, Elvin Əliyev, Fərid Muradov, Tariyel Mustafayev, Namiq Məmmədov və Ruslan Mustafayevin məhkəmə prosesi davam edib.
Teleqraf.com-un xəbərinə görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşması ilə bağlı qərar qəbul edilib və daha sonra çıxış etmək üçün prokurora söz verilib. Lakin prokuror çıxışa hazırlaşmaq üçün vaxt istəyib.
Növbəti məhkəmə iclası mayın 25-ə təyin edilib.
Hacı Zeynalov