19 May 2015 11:12
486
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yaxın zamanda Təhsil Nazirliyinin balansında olan yeni studiya fəaliyyətə başlayacaq”.

Publika.az-ın məlumatına görə, bu sözləri Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov “Media və təhsil dialoqu: Peşəkarlığın inkişafı” mövzusunda təlim-konfransda çıxışı zamanı deyib.


Onun sözlərinə görə, bu gün ixtisaslaşmış jurnalistikanın olması mütləqdir. Bunun üçün də artıq Təhsil Nazirliyi addım atıb.


“Artıq peşəkar tv studiyamız hazırdır. Yaxın zamanda fəaliyyətə başlayacaq. Bu işdə bir sıra televiziyalar bizə dəstək olublar. Bu studiyanın hazırlanması Təhsil Nazirliyinin təhsil televiziyasına keçiddə bir addımı hesab edilə bilər”.


C.Valehov onu da vurğulayıb ki, növbəti tədris ilindən Təhsil Nazirliyi Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələrinə təlim keçəcək.

“Bakı Dövlət Universiteti ilə qurulan əməkdaşlıq nəticəsində bu ildən jurnalistika fakültəsinin 10 məzunu təhsil jurnalistikası sahəsində ixtisaslaşacaq. Onlar öyrədici təlimlərdə iştirak edib, gələcəkdə təhsil problemlərindən daha rahat şəkildə yaza biləcəklər”.


Müəllif:

Oxşar xəbərlər