24 May 2015 12:33
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda "MAN" markalı yük maşını yanıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanğın Binəqədi rayonunda vətəndaşa məxsus “MAN” markalı yük avtomobilində baş verib.

Nəticədə avtomobilin kabinə hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın zamanı avtomobilin sahibi qol nahiyyəsindən yanıq xəsarəti alıb.


Müəllif: