Bu gün Bakı Apelyasiya Məhkəməsində dələduzluqda təqsirli bilinən Yusif Rəhimovun barəsində olan hökmdən verilmiş apelyasiya protestinə baxılıb.
Teleqraf.com xəbər verir ki, Yusif Rəhimov Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq törətmək) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddələri ilə ittiham edilib. Nəsimi Rayon Məhkəməsinin hökmü ilə onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə şərti cəza verilib.
Vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirli bilinən Yusif Rəhimovun barəsində olan hökmdən prokurorluq apelyasiya protesti verib. Prokurorluq onun həbs edilməsini istəyib.
Hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, apelyasiya protesti təmin edilməyib.
Hacı Zeynalov