5 İyun 2015 10:22
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şirvan Apelyasiya Məhkəməsində narkotik vasitələrin istifadəsində təqsirli bilinərək həbs edilən Astara şəhər sakini, 1964-cü il təvəllüdlü Rüfət Qurbanovun cinayət işinə baxılıb.


Teleqraf.com xəbər verir ki, Rüfət Qurbanov 9 avqust 2014-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 0,790 qram çəkidə narkotik vasitə olan heroin əldə edib.

O, narkotik vasitəni üstündə saxlayıb. Həmin gün saat 23.30-da Astara rayonunun Şahağacı kəndinin mərkəzində polis əməkdaşları tərəfindən yaxalanan Rüfət Qurbanovun üzərindən narkotik vasitə heroin aşkar edilib.

Rüfət Qurbanov Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham edilib və Astara Rayon Məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Rüfət Qurbanov apelyasiya şikayəti verib. O, Astara Rayon Məhkəməsində işinə düzgün baxılmadığını qeyd edib. Bu səbəbdən işinə yenidən baxılmasını istəyib.

Hakim İsmayıl Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Rüfət Qurbanovun apelyasiya şikayəti təmin edilməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər