Bakı-Quba yolunda ağır yol qəzası baş verib - ölən var.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Quba yolunda "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı yol ayırıcısına çırpılıb.
Hadisənin baş verməsi nəticəsində minik avtomobilinin sürücüsü hadisə yerində vəfat edib.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə meyiti deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 07:30-da başa çatıb.