Astara Gömrük İdarəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada yolla gələn Azərbaycan Respublikasının vətəndaşı, Göyçay rayon sakini Həsənov Elşən Əlövsət oğlunun üzərində şəxsi yoxlama aparılıb.
Bu barədə Teleqraf.com-a Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Yoxlama zamanı onun daxili orqanı - düz bağırsağından bir ədəd yumru formalı bükümdə, ümumi xalis çəkisi 4,5 qram olan narkotik vasitə - həşiş qətranı aşkar olunaraq götürülüb. Faktla bağlı təhqiqat aparılır.
Naibə QURBANOVA