12 İyun 2015 12:11
539
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində narkotik vasitə və odlu silah saxlamaqda təqsirləndirilən Fuad Əsədullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Xocahəsən qəsəbə sakini, 38 yaşlı Fuad Əsədullayevin yaşadığı evdən İtaliya istehsalı olan 1 ədəd “Parad-117” markalı tapança səs boğucusu ilə birgə tapılaraq götürülüb. Saxlanılan şəxsin üstünə baxış zamanı narkotik maddə olan marixuana da aşkarlanıb.

Əməliyyatçılar evdən həmçinin 6 kiloqramdan çox qurudulmuş marixuana da götürüblər. Fuad Əsədullayev ifadəsində bildirib ki, silahı bir neçə ildir əldə edib yaşadığı evdə gizlədib. Narkotik maddəni isə yay aylarında həyətdəki dibçəklərə əkərək becərib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fuad Əsədullayev 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Fuad Əsədullayev apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.

Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, şikayət təmin edilməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər