Bakının Xətai rayonu ərazisində qətl hadisəsi törədilib.
Teleqraf.com xəbər verir ki, Ağdam rayonundan məcburi köçkün olan 1958-ci il təvəllüdlü Zahid Abbasov bıçaqlanaraq öldürülüb.
Polis və prokurorluq əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törədən Ağdam rayonundan məcburi köçkün olan 1960-cı il təvəllüdlü Malik Xoştərov həbs edilib. O, aralarında yaranan şəxsi münasibətlər zəminində Zahid Abbasov öldürdüyünü etiraf edib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov