Bakı Apelyasiya Məhkəməsində ətldə təqsirləndirilən 16 yaşlı Aydan Xalitovanın apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, ötən il noyabrın 27-də 1998-ci il təvəllüdlü Aydan Xalitova münaqişə zəminində Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Şəms Abdullayevanı bıçaqla qətlə yetirib.
İstintaq zamanı münaqişənin oğlan üstündə baş verdiyi məlum olub. Aydan Xalitova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (soyuq silah gəzdirmə) maddələri ilə ittiham edilir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aydan Xalitova 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Aydan Xalitova apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.
Hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti təmin edilməyib.
Hacı Zeynalov