Hacıqabul rayonunda qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Atbulaq kəndində qeydə alınıb.
Məlumata görə, Mingəçevir şəhər sakini, 1997-ci il təvəllüdlü Namaz Hadıyev bacısı, 1998-ci il təvəllüdlü Gövhər Hadıyevanı bıçaqlayaraq öldürüb. Namaz hadıyev bacısına 38 bıçaq zərbəsi vurandan sonra meyitini yandırıb.
İlkin məlumatlara görə, qətl hadisəsi qısqanclıq zəminində baş verib. Gövhər Hadıyevanın bir il əvvəl evdən çıxıb və Bakıda yaşayıb.
Faktla bağlı Hacıqabul rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov