Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasında yanğın olub.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 87 kv.m olan 2 otaqlı evin mətbəxində paltaryuyan maşın və mətbəx mebeli qismən yanıb.
Yanğın zamanı mənzildən 5 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 21:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.