18 Aprel 2014 12:01
1 845
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qızıl oğurluğu ilə məşğul olan şəxs saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsindən Teleqraf.com-a bildiriblər ki, əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Qax rayon sakini, əvvəllər məhkum olunmuş Hafiz Qocayev tutulub.

Məlum olub ki, o, 2013-cü il dekabrın 21-də Anar Məmmədovun A.Mirzəyev küçəsindəki evindən oğurluğa cəhd etmişdir. Daha sonra bu il yanvarın 15-də Ramin Zəkiyevin N.Abdullayev küçəsindəki evindən qızıl-zinət əşyaları, fevralın 3-də Məmməd Niftiyevin evindən 1100 manat və qızıl-zinət əşyaları, fevralın 13-ü Sevda Qarayevanın O.Vəliyev küçəsindəki mənzilindən 427 manat, 2 ədəd mobil telefon, 2 ədəd noutbuk və 1 ədəd dəri gödəkçə oğurlanıb.

Bundan başqa, martın 5-də Misir Bəşirovun M.Ağayev küçəsindəki evindən 1800 manat, noutbuk və qızıl-zinət əşyaları, martın 17-də Səfər Mərdiyevin N.Abdullayev küçəsindəki evindən qızıl-zinət əşyaları, martın 26-da Y.Səfərov küçəsində kirayədə yaşayan Kərəm Hüseynovun evindən 200 manat və qızıl-zinət əşyaları, martın 16-da Həlimə Sadıxovanın P.Fərzəliyev küçəsindəki evindən qızıl-zinət əşyaları, aprelin 5-dən 7-dək olan müddətdə isə N.Abdullayev küçəsində yaşayan Əhdəm Abdullayevin evindən 327 manat və qızıl-zinət əşyaları qarət edib.


Müəllif: