Bu il ərzində korrupsiya hallarının törədilməsi ilə bağlı dövlət əmlakına 17 milyon manat ziyan vurulub.
Teleqraf.com xəbər verir ki, bu barədə 2015-ci ilin yarımilinə həsr olunmuş mətbuat konfransında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarzə İdarəsinin rəisi Kamran Əliyev deyib.
Onun sözlərinə görə, bu ziyanın 3 milyon manatı ödənilib. O, qeyd edib ki, banklarla bağlı Korrupsiyaya qarşı Mübarzə İdarəsinə müraciətlər var: “Bu işlər araşdırılır. Beynəlxalq Bankla bağlı işdə idarənin əməkdaşları yaxından iştirak edir. Korrupsiya halı olsa, istintaqa nəzarət ediləcək”.
Hacı Zeynalov