Ağaşirin Tanrıverdioğlu: “Döyən də, döyülən də bəllidir”
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nərimanov rayon təşkilatının sabiq şöbə müdiri Ağaşirin Tanrıverdioğlu dünən Nərimanov rayon 18-ci polis bölməsinə gedib. Bu haqda sabiq cəbhəçinin özü bildirib. O, deyib ki, polis bölməsinə getməkdə məqsədi AXCP Rəyasət Heyətinin üzvü Sahib Kərimlinin onu döyməsi faktı ilə bağlı etdiyi şikayətin nəticələrini öyrənməkdir:
“AXCP-də olan qruplaşma məni döyüb. Döyən və döyülən bəllidir. Sahib Kərimlinin arxasında kim durur? Bu adam cəzalandırılmalıdır. Mən Sahib Kərimli ilə heç bir münasibətdə deyiləm. Onunla danışmaq və barışmaq niyyətimdə yoxdur”.
Cavidan