27 İyul 2015 20:07
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi olub. Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Eldar Bağırov bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Buskay Seyidəliyev və oğlu Aşur müəyyən edilib. Hər iki şəxs yaxalanaraq istintaqa təhvil verilib.

Hacı Zeynalov


Müəllif: