Bakının Xəzər rayonunda törədilən qətlin üstü açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 2-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İyulun 26-da Əyyar Ağayevi bıçaqla qətlə yetirib hadisə yerini tərk etmiş Xəyal Şabanov tutulub.
Qeyd edək ki, iyulun 26-da gecə saatlarında 1991-ci ildə Lerikdə anadan olmuş Əyyar Ağayev kəsilmiş-deşilmiş xəsarətlərlə 3 saylıı şəhər xəstəxanasına gətirilib.
Həkimlərin səyinə baxmayaraq gənc oğlanın həyatını xilas etmək mümkün olmayıb.
Bildirilir ki, Əyyar Ağayev Hövsan qəsəbəsi Südçülük massivində bıçaqlanıb.
Hacı Zeynalov