Qarabağ kanalında bir nəfər batıb.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhərində, Qarabağ kanalda bir nəfərin batması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən həmin şəxsin axtarışlarına başlanılıb.