Bu gün səhər saatlarında Xəzərdə köməksiz qalmış 3 balıqçı xilas olunub.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonu ərazisindən rezin qayıqla balıq tutmaq məqsədilə dənizə çıxmış 3 nəfər sahildən 200 m aralıda köməksiz vəziyyətdə qalıblar.
Hadisə yerinə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin xilasediciləri vətəndaşları xilas edib və qayığı yedəyə alaraq sahilə çıxarıblar.