Daxili İşlər Nazirliyinin əməkdaşları iki nəfər silah alverçisini tutub.
Teleqraf.com nazirliyin saytına istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Keşlə qəsəbəsində Zaqatala rayon sakini Kamran Məmmədovdan lüləsi və qundağı kəsilmiş “TOZ-B” markalı tüfəng və 40 ədəd patron götürülüb.
Araşdırmalar zamanı K.Məmmədovun tüfəngi satmaq məqsədilə Neftçala rayon sakini Amil Heybətovdan aldığı müəyyən edilib.
Həyata keçirilən əməliyyat tədbirləri ilə A.Heybətov da tutulub.