Bakının Sabunçu rayonunda dəniz çimərliyində intihara cəhd hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə Xəzər dənizininm Pirşağı çimərliyində qeydə alınıb.
İran islam Respublikasının Ərdəbil şəhərində qeydiyyatda olan 1982-ci il təvəllüdlü Naci Mahmud intihar etmək məqsədilə özünü dənizə atıb. Amma o, ərazidə olan Fövqəladə Hallar Nazirliyinin xilasetmə dəstəsi tərəfindən xilas edilib.
Naci Mahmud Məhəmmədi qəsəbəsində yeni tikilidə yaşayıb. Onun hansı səbəbdən intihara cəhd etməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov