Göyçayda bələdiyyəyə məxsus ərazidə yanğın baş verib.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, rayonun Bığır kəndində (rayon mərkəzindən 14 km aralı) bələdiyyəyə məxsus dağlıq ərazisində 30 ha kol-kos və biçilmiş taxıl sahəsi yanaraq sıradan çıxıb.
Ərazidə olan digər otlaq sahələr yanğından mühafizə olunub.
Yanğın saat 16:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.