19 Avqust 2015 16:45
621
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində bıçaqlanma hadisəsi törətməkdə ittiham olunan Tamerlan Əsədullayevin məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Tamerlan Əsədullayevə Cinayət Məcəlləsinin 77-ci (şərti məhkumetmə) maddəsi tətbiq edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Tamerlan Əsədullayev Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham olunub. O Nəriman Nərimanov heykəlinin yaxınlığında yerləşən barda baş verən kütləvi davada bir nəfərə xəsarət yetirib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər